01 iyun 2017 22:02
1246

«Veysəloğlu» şirkəti sağlamlıq imkanları məhdud uşaqları ziyarət edib

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə «Veysəloğlu» Şirkətlər Qrupu Nəsimi rayonundakı Sağlamlıq imkanları məhdud uşaqlar üçün 11 saylı xüsusi məktəbdə bayram şənliyi təşkil edib. «Veysəloğlu» şirkətinin «Yardımsevənlər» könüllülər qrupunun və şirkət rəhbərliyinin də iştirak etdiyi tədbirdə uşaqlar üçün əyləncəli və musiqili anlar yaşanıb.

«Veysəloğlu» Şirkətlər Qrupu hər il olduğu kimi, bu il də xüsusi qayğıya ehtiyacı olan uşaqları diqqət mərkəzində saxlayaraq, onları yad edib, onlara müxtəlif hədiyyələr təqdim edib. Ümumilikdə 109 uşağın təhsil alıb yaşadığı bu məkanda uşaqlar üçün yaradılmış şərait həqiqətən də təqdirəlayiqdir. Azərbaycan müstəqillik dövründə uşaq hüquqlarının qorunması və cəmiyyətimizin bu sahədə maarifləndirilməsi sahəsində çoxsaylı layihə və proqramlar həyata keçirib və keçirməkdə davam edir.

Qeyd edək ki, BMT Baş Assambleyası tərəfindən 1950-ci il iyunun 1-də təşkil olunan Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı qəbul olunub. Həmin vaxtdan iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Azərbaycan müstəqillik qazandıqdan sonra BMT-nin "Uşaq hüquqlarına dair" Konvensiyasına qoşulub. Bu Konvensiyaya görə, ailə uşağın sağlam inkişafı və cəmiyyətə inteqrasiyası üçün ən uyğun mühitdir. Bu baxımdan "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" səmərəli tədbirlərin həyata keçirilməsi və konkret müsbət nəticələrin əldə edilməsinə yönəldilib.

Orxan Vahidoğlu, «İki sahil»