KÖŞƏ

Mənsumə Babayeva

Qondarma rejim kimlərin ümidinə qalıb?

02 noyabr 2018 23:39
4193

Son zamanlar Ermənistan və xarici ölkələrdəki erməni diasporu tərəfindən Avropanın ayrı-ayrı ölkələrinin siyasətçiləri və deputatları Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlər edir və bununla da beynəlxalq hüququn norma və prinsiplərini, eləcə də Azərbaycanın qanunlarını kobud şəkildə pozurlar. Bu günlərdə erməni mətbuatında  qondarma “respublika”ya Belçika parlamentinin üzvü Jan Jak Flaonun səfəri ilə bağlı növbəti təxribatçı məlumat yer alıb. Bütün bu cəhdlər isə əslində, guya “Avropadan növbəti siyasətçinin separatçı rejimi tanıması və ya separatçı rejimin beynəlxalq aləmə açılması” kimi təqdim edilir. Lakin bu fikirlər növbəti erməni xülyasından və hər hansı əsası olmayan görüntü yaratmaqdan başqa bir şey deyil. Xüsusilə də bu səfərin üzdəniraqlar tərəfindən reallaşdırılması qondarma rejimin nə qədər biabırçı bir vəziyyətdə olduğunu göstərir. Göründüyü kimi, separatçı rejim bu səfərləri təşkil etməklə çalışır ki, özünü “müstəqil ölkə” kimi tanıtsın lakin buna nail ola bilməyəcəklər.

İşğal altındakı  Azərbaycan ərazilərinə bu cür səfərlər birinci dəfə deyil ki, təşkil olunur və hər dəfə Azərbaycan hökuməti bu adamların adlarını Xarici İşlər Nazirliyinin “Qara siyahısı”na daxil edir. Xatırlayırsınızsa avqust ayında “internet qumarbazı” Den Blizerian işğal altında olan Azərbaycan torpaqlarına səfər etmişdi. Separatçı rejim bu hərəkəti ilə hər şeyin müsbətə doğru dəyişdiyini göstərməyə çalışırdı. Lakin separatçı rejim nə qədər çalışsa da bu istəyinə nail ola bilmədi. İndi yenidən ermənilər üzdəniraqların dəstəyi ilə özlərini Avropa dəyərlərinə sadiq biri kimi göstərmək arzusundadırlar. Lakin unudurlar ki, Avropa dəyərləri işğalçılıq siyasəti üzərində qurulmayıb. Həmçinin onlar üzdəniraqların səfərlərini təşkil etməklə maliyyə dəstəyi əldə etməyi də planlaşdırırlar. Göründüyü kimi, seperatçı rejim homoseksuallara möhtac vəziyyətdədir. Həmçinin Avropada nüfuzu olmayan homoseksual deputatın Qarabağa səfərinin ermənilər tərəfindən fəxarətlə təqdim edilməsi separatçıların və erməni lobbisinin üzdəniraqlarla əməkdaşlığının və onların əsl kimliklərinin növbəti sübutu oldu. Maraqlıdır bundan sonra hansı “nüfuzlu” siyasətçi bu yola əl atacaq? Məlum olduğu kimi, Karampetyan kimilərinin bu cür əlacsız səyləri, əslində, bu və ya digər Avropa dövlətinin “biz Dağlıq Qarabağ respublikası adlı qurum tanımırıq” kimi birmənalı rəsmi mövqeyi ilə qarşılaşır və hər dəfə bu cür bəyanatlar təkrar səsləndirildikcə daha çox insan Ermənistanın işğalçılıq siyasəti barədə həqiqətlərdən xəbərdar olur.

Hər zaman Prezident İlham Əliyev ən yüksək beynəlxalq tribunalardan belə bəyan edib ki, ermənilər Azərbaycan ərazisində bir dəfə öz müqəddəratlarını təyin ediblər, Azərbaycan torpaqlarında bir erməni dövləti yaradılıb. Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılmasına yol verməyəcəyik. Həmçinin cənab İlham Əliyev VI  Bakı Beynəlxalq Humanitar Forumunda da bəyan etdi ki, Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır, Azərbaycanın ayrılmaz hissəsidir. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub. Bizim tarixi abidələrimiz, şəhərlərin, kəndlərin toponimləri bu torpaqların Azərbaycan xalqına məxsus olduğunu sübut edir.