31 oktyabr 2018 23:41
3773

Yeni “Galaxy A7”-nin üç-modullu əsas kamerası

Fotokamera ilə təchiz olunmuş telefonların yaranması və sosial şəbəkələrin populyarlığının artması ilə fotoşəkillərlə ifadə olunan yeni ünsiyyət dövrünün başlanğıcını qeyd etmək olar. Təsvirin köməyi ilə biz bir-birimizi təbrik edir, düşüncələrimizi bölüşür və yaşadıqlarımızı paylaşırıq, belə olduğu halda müasir smartfon birinci növbədə, çoxfunksiyalı fotokamera deməkdir.

Belə ki, “Samsung” şirkəti tərəfindən təqdim edilmiş yeni “Galaxy A7” smartfonu üç-modullu kamera ilə təchiz olunmuşdur. “Galaxy A7”-nin arxa panelində üç modul üzərində işləyən kamera yerləşdirilmişdir, bunlardan:

• 24 MP-lik, f/1.7 aperturalı, faza avtofokuslu və klassik fokus məsafəli əsas kameranı,

• 5 MP-lik və f/2.2 aperturalı ətraf mühitin dərinliyini təyin edən sensorla təchiz olunmuş köməkçi modulu, 
• Və 8MP-lik geniş bucaqlı obyektivi olan üçüncü modulu qeyd etmək olar.
 
Əsas modul gündəlik fotoların çəkilməsi üçün, əlavə 5 MP-lik modul portret şəkillərin çəkilməsi və obyektlər arasında məsafənin ölçülməsi ilə Boke effektinin (arxa fonun yayılması) yaradılması üçün, 120 dərəcəlik geniş obyektivli modul isə kadrda yerləşən bütün obyektlərin şəkildə əks etdirilməsi üçün istifadə olunur. Beləliklə, “ağıllı” kamera hər üç modulun təsvirini birləşdirərək, yekunda sizə ideal fotoşəkil təqdim edir. 
 
Yeni smartfonun korpusunun arxa və ön panelləri xüsusi gücləndirilmiş şüşə örtüklə qorunur, yan hissəsi isə alüminium haşiyəyə alınıb. Smartfon dolğun ekranlı dizayna malikdir, bu səbəbdən “Galaxy A7”-nin çərçivələri “ensiz”, displeyi isə 6:18, 5:9 icazəli ekranla təmsil olunub. Burada heç bir “düymədən” istifadə olunmadığından, smartfonun aşağı hissəsi yalnız “boş” çərçivə ilə haşiyəyə alınmışdır, yuxarı hissəsində isə dinamik, frontal kamera, “flash” və sensor dəsti yerləşdirilmişdir. Barmaq izi skaneri isə korpusun yan hissəsinə, ON/OFF düyməsinin üzərinə köçürülmüşdür. Skanerin bu cür “yan” yerləşməsi telefonu istər stol üzərindən götürüldüyündə, istər xüsusi avtomobil dayağına qoşulu olduqda, istərsə də cibdən çixarılarkən kimi müxtəlif şəraitdə aktiv etməyə imkan yaradır. Ekranı aktiv etmək üçün sadəcə sensora toxunmaq yetərlidir. Həmçinin, smartfon “face recognition” funksiyası ilə təchiz olunub ki, sözü gedən funksiya daktiloskopik sensor ilə birgə işlədilə bilər. 
 
Smartfon 4Qb RAM-la və ehtiyac yarandıqda microSD kart vasitəsi ilə 512 QB-ta qədər artırıla bilən 64 QB-lıq daxili yaddaşla təchiz olunub. Həmçinin, qeyd etmək lazımdır ki, “Galaxy A7”-də təqdim edilmiş kart slotu “hibrid” deyil, bu səbəbdən daha SİM kart və yaddaş kartı arasında seçim etməyə ehtiyac qalmır, belə ki, özündə 2 SİM kart və bir microSD “daşıya bilən” slot 3 bölmədən ibarətdir.
 
Yeni “Galaxy A7” smartfonu haqqında əlavə məlumatı Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.Az, Soliton və Optimal mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.