19 oktyabr 2018 22:49
3333

Qobustan qoruğu latviyalı turizmçilərin gözü ilə

Latviyanın “Travelnews” turizm portalında Azərbaycanın Qobustan Milli Tarixi-Bədii Qoruğuna həsr olunmuş fotomateriallar yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, 60 fotodan ibarət məlumatda latviyalı turistləri maraqlandıracaq məqamlar əks olunub.

Material Latviyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə ölkəmizə səfər edən “Rantur Travel Agency”nin əməkdaşları tərəfindən hazırlanıb.