22 oktyabr 2018 19:00
3014

Latviyanın turizm portalı Azərbaycan mətbəxindən yazıb

Latviyanın “Travelnews” turizm portalında Azərbaycana həsr olunmuş növbəti mövzu yerli çaxırlarımız və kabablarımıza həsr olunub.

AZƏRTAC xəbər verir ki, 30 fotodan ibarət məlumatda üzümlüklər, çaxır zavodlarından görüntülər və milli mətbəximizin təamları əks olunub.

Material Latviyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə ölkəmizə səfər edən “Rantur Travel Agency”nin əməkdaşları tərəfindən hazırlanıb.