12 noyabr 2018 17:25
2449

İlham Əliyev gələn həftə Belarusa gedəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir həftədən sonra Belarusa səfər edəcək.

Azvision.az "BelTA"ya istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovun görüşündə bildirilib.