11 noyabr 2018 23:26
2685

Dağda ölən kişinin meyiti çaydan tapıldı

Qəbələ rayonunun Həmzəli kəndində dağlıq ərazidə olarkən yüksəklikdən yıxıldığı bildirilən 1975-ci il təvəllüdlü Mehralıyev Sadiq Mamed oğlunun meyitinin Həmzəli çayından götürülməsi üzrə tədbirlər başa çatıb.

S.Mehralıyevin meyiti aidiyyəti üzrə təhvil verilib.

Çətin keçilən mürəkkəb relyefli ərazidə aparılan əməliyyata Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.