12 noyabr 2018 17:20
2572

Lənkəranda 38 nəfər təxliyə edilib

FHN: Lənkəranda leysan xarakterli yağışlarla əlaqədar 38 nəfər təxliyə edilib

Noyabrın 12-də səhər saatlarından başlayaraq, Lənkəran rayonunda yağan leysan xarakterli yağışlar nəticəsində bir neçə kənddə bəzi ərazilər su ilə dolub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki,  nazirliyin “112 - qaynar xətti”nə daxil olmuş müraciətlərlə əlaqədar nazirliyin Cənub Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvə və texnikası hadisə rayonuna cəlb edilib. Həyətyanı sahələrin su ilə dolması nəticəsində köməksiz qalan 38 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Xilasetmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.