12 noyabr 2018 16:34
2256

Səudiyyə Ərəbistanı neft ixracını azaldacaq

Səudiyyə Ərəbistanı neft ixracını azaltmaq niyyətindədir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih deyib.

Nazir bildirib ki, ölkəsi dekabrda neft ixracını 500 min barrel azaldacaq.

Səudiyyəli nazirin bu açıqlamasından sonra dünya birjalarında neftin qiyməti yüksəlməyə başlayıb. Belə ki, cümə günü bir barreli 70,80 dollara satılan “Brent” markalı neftin qiyməti hazırda Londonun ICE birjasında 71,30 dollar səviyyəsinə qalxıb.

Ekspertlərin fikrincə, əgər Səudiyyə Ərəbistanı neft ixracını azaltmağa başlasa “qara qızıl”ın qiymətinin yuxarı istiqamətli dəyişkənliyi davam edəcək.