19 aprel 2018 22:18
1192

YAP Nəsimi rayon fəalları internat məktəbində olublar

YAP Nəsimi rayon təşkilatının fəalları 5 nömrəli respublika xüsusi internat məktəbini ziyarət ediblər

Hər il ölkəmizdə aprelin 15-i Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anım günü və aprelin 28-i isə doğum günü kimi qeyd olunur. Akademik Zərifə xanım Əliyeva respublikamızda oftalmologiya elminin inkişafına mühüm töhfələr verib, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə yeni həkimlər nəslinin yetişməsində müstəsna xidmətlərə malik olmuş, xeyirxah və humanist əməllərlə yaddaşlarda unudulmaz xatirələrlə qalıb.

AZƏRTAC xəbər verir ki, YAP Nəsimi rayon təşkilatı tərəfindən ənənəvi olaraq, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir. Silsilə tədbirlər çərçivəsində YAP Nəsimi rayon təşkilatının bir qrup fəalları sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbini ziyarət ediblər.