Prezident Corc Buşa başsağlığı verib

19 aprel 2018 18:55
936

Prezident İlham Əliyev ABŞ-ın 41-ci Prezidenti Corc Buşa başsağlığı verib.

Başsağlığında deyilir: "Həyat yoldaşınız xanım Barbara Buşun vəfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm".