12 noyabr 2018 19:12
2887

Qubaya qar yağır

Noyabrın 12-də səhər saatlarından başlayaraq Quba rayonunun bir sıra dağlıq yaşayış məntəqələrinə qar yağmağa başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda yağmaqda davam edən qarın hündürlüyü Qubanın Xınalıq kəndində 2-3 santimetrə çatıb.

Kənd sakinləri yağıntının getdikçə çoxaldığını bildiriblər.

Qeyd edək ki, Quba rayonuna bu ilin ilk qarı oktyabrın 6-da yağıb.