08 noyabr 2018 21:47
4368

Zirvələrdə dalğalanan bayraq

Məmməd Səid Ordubadinin ev-muzeyində 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş “Zirvələrdə dalğalanan bayraq” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, muzeyin baş elmi-işçisi İradə Vəliyeva Azərbaycanın dövlətçilik tarixindən, bayrağımızın rəmzlərindən söhbət açıb.

Tədbirdə “Aytam” uşaqların mədəni maariflənməsi İctimai Birliyinin sədri Aygün Zamanlının “Bayraq Azərbaycan dövlətinin suverenlik rəmzidir” mövzusunda məruzəsi dinlənilib.

Nərimanov rayonundakı 45 nömrəli tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Tədbirdə bayraq gününün əhəmiyyətindən söhbət açan muzeyin direktoru Lalə Abaszadə fərqlənən şagirdlərə muzeyin xatirə hədiyyəsini təqdim edib.

Sonda iştirakçılar M.S.Ordubadinin ev-muzeyinin ekspozisiyası ilə tanış olublar.