09 noyabr 2018 21:53
3110

Xalq artisti dəfn olundu

Azərbaycanın xalq artisti Amaliya Pənahova dəfn olunub.

Azvision.az xəbər verir ki, aktrisa “Qurd qapısı” qəbiristanlığında, həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb. Dəfn mərasimində xalq artistinin ailə üzvləri, yaxınları, sənət yoldaşları iştirak ediblər.

Qeyd edək ki, uzun müddət ağır xəstəlikdən əziyyət çəkən A.Pənahova ötən gün 73 yaşında dünyasını dəyişib.