12 noyabr 2018 21:11
2439

Belçikanın müdafiə naziri mer olmaq üçün istefa verdi

Belçikada yeni müdafiə naziri təyin olunub.

Trend-in məlumatına görə, Sander Luns kral Filipp qarşısında and içərək vəzifələrin icrasına başlayıb.

Bununla da, o, Belçika hökumətində ən gənc nazir olub.

Qeyd edək ki, S.Luns bu vəzifədə Piter Vandeluqu əvəz edib. P.Vandeluq isə Hasselt şəhərinin meri olmaq üçün vəzifədən istefa verib.