12 yanvar 2018 21:43
963

Romada camaat yolda qaldı - İctimai nəqliyyat tətil keçirir

İtaliyanın paytaxtı Romada ictimai nəqliyyat işçiləri 24 saatlıq tətil elan edib.

Trend-in məlumatına görə, tətilə Roma şəhər meriyasının nəqliyyat daşımaları barədə qərarı səbəb olub.

Nəqliyyat işçilərinin fikrincə, bu qərar iş şərtlərini daha da pisləşdirəcək.

Tətil Roma şəhərində saat 08:30-da başlayıb. Tətilçilərin bəyanatında qeyd olunur ki, tətil müddətində metro, avtobus, tramvay və şəhərkənarı qatarların işi dayandırılır.

Məlumata görə, axşam saatlarında nəqliyyat yerli vaxtla saat 17:00-dan 20:00-dək işini qismən bərpa edəcək.