08 noyabr 2018 16:25
2550

Dubayın mərkəzində yeni stadion istifadəyə veriləcək

2019-cu ildə Dubayda 17 min tamaşaçı yeri olan “Dubai Arena” örtülü stadionu istifadəyə veriləcək.

AZƏRTAC xəbər verir ki, yeni stadion “Meraas” inşaat şirkəti tərəfindən şəhərin “Sity Walk” rayonunda tikilir. Bu obyektdən dünyanın ən hündür göydələni – “Burj Khalifa”ya da mənzərə açılır. Stadionun konsertlər və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün yeni mərkəz olacağı nəzərdə tutulur. Kondisionerlərlə təchiz olunacaq bu əyləncə-idman obyektində boks, tennis, voleybol, hətta buz üzərində xokkey yarışları da keçiriləcək. Meydançanın operatoru qismində “AEG Ogden” beynəlxalq şirkəti çıxış edəcək.