12 noyabr 2018 23:38
5781

Dünya dilləri haqqında maraqlı məlumatlar

Siz heç bilirdinizmi ki, Yer üzərində təxminən 3 min dil növü  mövcuddur? Əgər ləhcələri də diqqətə alsaq o zaman 5 min deyə bilərik. Ən çox istifadə olunan dil “mandarin” dili hesab olunur. Belə bir ləqəb Çin dilinə aiddir və bu dildə təxminən 885 milyon insan danışır.

Yeni Qvineyada yerləşən Papua adlı şəhərdə 700 - ə yaxın dil növü və dialekt var. Burada bir dili  dövlət dili adlandırmaq mümkün deyil.

Maraqlı bir fakt: ingilis dili bütün Avropa dilləri arasında  ən çətin dil hesab olunur. Belə bir nəticəyə ingilis linqvistləri gəliblər. Onlar sübut ediblər ki, bu dildə oxumaq digər dillərdə oxumaqdan çətindir.

Fransız Qvineyasının bəzi yerlərində ən çox yayılan dil taki dilidir. Maraqlısı ondadır ki, bu dil cəmi 340 sözdən ibarətdir.

Ən uzun əlifba 74 hərfdən ibarət olan kxmer əlifbasıdır. Bu dil Kambodjanın rəsmi dili hesab olunur.

Fin dilini ən asan dil hesab etmək olar. Belə ki, hərflərin səslənməsi hər zaman eynidir, necə eşidilirsə, o cür də yazılır. Lakin buna baxmayaraq, bu dil özünəməxsus incəliyə sahibdir. Məsələn, bu dil 15 haldan ibarətdir.

Çin dilində yazmağı öyrənmək üçün 400 000 simvol  öyrənmək lazımdır.

Çox uzun zaman linqvistlər mübahisə aparıblar ki, hansı dili ən çətin dil hesab etmək olar? Rəsmi şəkildə ən çətin dil Abazin dili qəbul olunub.

Ən qədim hərf hansı ki, hazırda da səslənir “O” hərfidir. Bu hərf bizim eradan əvvəl təxminən 1300 il bundan qabaq fin əlifbasında meydana gəlib. Bu hərf dünyada olan əlifbaların 65 - nin içərisində mövcudur.

Könül Əliyeva,“İki sahil”