28 mart 2024 13:23
394

Hər gün sulu xörək yemək qastritdən qoruyurmu? - HƏKİM MƏSLƏHƏTİ

Bəzi ekspertlər bildirir ki, hər şorba yeməsəniz, qəhvə, sitrus meyvələri və ədviyyatlı qidalardan çox istifadə etməsəniz, mədə qastritdən qaçmaq olar. Bu, doğrudanmı belədir?

“İki sahil” Rusiyanın  “Аргументы и факты” nəşrinə istinadla xəbər verir ki, belə deyilmiş.

Rusiyalı məşhur həkim Aleksandr Myasnikov bildirib ki, qastrit və mədə xorası xroniki yoluxucu xəstəlikdir: “Buna “Helicobacter pylori” bakteriyası səbəb olur. Əgər sizdə bu infeksiya yoxdursa, nə yeyib-içməyinizdən asılı olmayaraq mədənizdə qastrit və ya xora olmayacaq”.

Həkim hesab edir ki, qeyri-steroid soyuqdəymə əleyhinə olan dərmanlar qastritə səbəb ola bilər: “Bəli, qeyri-steroid antiinflamatuar dərmanlar açıq şəkildə qastritə, eroziyaya səbəb olur. Hətta ölümcül qanaxmaya da səbəb ola bilər. Bu cür dərmanlar yaşlı insanlar üçün xüsusilə təhlükəlidir. Ancaq antibiotiklərdə bu təhlükə yoxdur. Əksinə, antibiotiklər qastritin törədicisini müalicə etmək üçün istifadə olunur. Bu cür dərmanların səbəb ola biləcəyi maksimum dispepsiya hissidir”.

Həkim bildirib ki, yeməyi çox çeynəmək qastritdən xilas olmağa kömək etməyəcək: “Doğrudur, yeməyi yaxşıca çeynəmək lazımdır, lakin bu qastritə qarşı kömək etməyəcək.”

Nüsrət Məmmədov, "İki sahil"