28 mart 2024 15:10
277

Bakı sakininin telefon və çantasını talayan şəxs tutulub - VİDEO

Bakının Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib.

"İki sahil" DİN-ə istinadən xəbər verir ki, naməlum şəxs zərərçəkənə yaxınlaşaraq onun mobil telefonunu və içərisində sənədləri olan çantasını talayıb. Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Sərxan Mustafayev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.