28 mart 2024 17:51
293

Taksilərdə istifadə olunan məlumat lövhəsinin forması məlum olub

Azərbaycanda taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində istifadə olunan məlumat lövhəsinin forması müəyyən edilib.

“İki sahil” xəbər verir ki, bu, Nazirlər kabinetinin bu gün təsdiq etdiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də öz əksini tapıb.

Qərara əsasən, məlumat lövhəsində sürcününü soyadı, adı , ünvanı, əlaqə nömrəsi, fotoşəkili avtonəqliyyat vasitəsinin buraxılış kartının nömrəsi əks olunacaq.