29 mart 2024 09:17
257

Latviya XİN başçısı: NATO Ukraynaya ciddi dəstək verməlidir

Latviyanın xarici işlər naziri Edqars Rinkeviç NATO-nu Ukraynaya ciddi dəstək verməyə çağırıb.

“İki sahil” xəbər verir ki,  o, bu barədə “X”də yazıb.

“Rusiyanın hücumlarını dayandırmaq və Avropada sülhü bərpa etmək üçün güclü özünümüdafiəyə, vahid və güclü NATO-ya, həmçinin Ukraynaya sarsılmaz dəstəyə ehtiyac var”, - o bildirib.