16 aprel 2024 11:38
158

Tümen vilayətində 9 mindən çox yaşayış binası su altında qala bilər

Ərazidən keçən İşim və Tobol çaylarında suyun səviyyəsində kəskin artım qeydə alınıb

İşim və Tobol çaylarında suyun səviyyəsinin kəskin artması səbəbindən Tümen vilayətində 9 mindən çox yaşayış binası su altında qala bilər.

“İki sahil” bu barədə TASS-a istinadla xəbər verir.

Tümen vilayətində 94 yaşayış məntəqəsində 9 mindən çox yaşayış evinin su altında qalacağı gözlənilir.

Qeyd edək ki, regionun rəhbəri Aleksandr Moor bildirib ki, İşim çayı üzərindəki Tümen vilayətində vəziyyət xeyli pisləşib. Onun sözlərinə görə, su basmış evlərin sayına yenidən baxılacaq.

Aprelin 16-da səhər saatlarında vilayət hökuməti İşim şəhərinin sakinlərini çayda suyun səviyyəsinin kəskin qalxması ilə əlaqədar təcili təxliyə etməyə çağırıb.