18 aprel 2024 13:00
338

56 ildir ki, qadınlardan gizlənir, SƏBƏB İSƏ...

Şərqi Afrika ölkəsi Ruandada yaşayan 72 yaşlı Callitxe Nzamvita adlı kişi qadınlardan qorxduğu üçün təcrid olunmuş həyat tərzi keçirir. Evinin ətrafına 15 metrlik hasar çəkib və özünü içəridə qapalı şəkildə saxlayan şəxs 16 yaşından tək yaşayır. Ginofobiyası olan kişi qadınları görməmək üçün özünü evə həbs edib.

Məlumat üçün bildirək ki, ginefobiya və ya feminofobiya qadınlardan anormal qorxu sosial fobiyanın spesifik formasıdır. Ginofobiya qadınlara qarşı nifrət, hörmətsizlik və həddindən artıq təhqiramiz münasibətlə qarışdırılmamalıdır. Bu, patologiyaya deyil, qadınlara qarşı mənfi münasibətlərin sosial tərəfinə aiddir.

Xroniki və güclü qadın qorxusu olan 72 yaşlı afrikalı kişi 56 ildir ki, qadınlarla hər hansı ünsiyyətdən qaçaraq bir otaqlı evdə yaşayır.

O, 16 yaşında özünü təcrid etdiyini və həyatında heç bir qadınla cinsi əlaqədə olmadığını bildirib. Üstəlik, Nzamvita toxunmaq bir yana, qadınları görmək, danışmaq belə istəmir.

Nzamvitanın yoxsulluq içində yaşamağa davam etməsinin əsas səbəbi kənddə yaşayan qadınlardır. Ancaq, qadınlar isə onun sağ qalması üçün yemək göndərirlər.

Afrikalının qadın qonşularından biri deyib: "Biz ona kömək etmək istəyəndə o, bizim ona yaxınlaşmağımızı və ya danışmağımızı istəmir. Əvəzində lazım olan əşyaları onun evinə atırıq. Biz gedəndən sonra gəlib onları götürür."

Vüsal Cahanov, “İki sahil”