19 aprel 2024 08:00
251

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır

6 gün əvvəl Kürdə batan Zərdab rayonu Qoruqbağı kənd sakini Vaqif Süleymanovun meyiti səhər saatlarında batdığı yerdən bir neçə kilometr aralıda aşkar edilsə də, 6 yaşlı qızının axtarışları davam edir.

“İki sahil” xəbər verir ki, Zərdabın Qoruqbağı kənd sakini 6 yaşlı Səma Süleymanlı və onun atası Vaqif Süleymanlı aprelin 12-də Kür çayında batıblar. Yerli sakinlərin sözlərinə görə, əvvəlcə 6 yaşlı Səma suya yıxılıb. Atası övladını xilas etmək üçün onun ardınca suya atılıb. Onların hər ikisi suda boğulublar.

Məlumat daxil olduqdan sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri Kürün Ağcəbədi rayonundan keçən hissəsində ata və qızının axtarışlarına cəlb olunub.