19 aprel 2024 10:10
159

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 18-də ümumi çəkisi 6,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.