19 aprel 2024 12:17
142

Almaniyanın vitse-kansleri Kiyevdə bomba sığınacağında qaldı

Almaniyanın vitse-kansleri, İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habek aprelin 19-na keçən gecə Kiyev mehmanxanasında bomba sığınacağında bir saat yarım qalıb.

“İki sahil” xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

TASS-a istinadla verilən xəbərə görə, Habek onu müşayiət edən nümayəndə heyəti ilə birlikdə təxminən bir saat yarım bomba sığınacağında hava hücumu xəbərdarlığının bitməsini gözləyib.

Baş verənlərlə bağlı başqa təfərrüat verilməyib.