19 aprel 2024 12:57
135

Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb

Gürcüstan Prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu” partiyasını “gürcü kabusu” adlandırıb.

“İki sahil” xəbər verir ki, Salome Zurabişvili Fransa mətbuatına müsahibəsində oktyabrda keçiriləcək parlament seçkilərinin hakim “Gürcü Arzusu” partiyasından “qurtulmaq” baxımından həlledici olacağını, partiyanın “gürcü arzusu deyil, gürcü kabusu” olduğunu deyib.

O, Gürcüstan üçün Avropa yoluna, azadlıq və müstəqilliyin möhkəmlənməsinə xidmət etməyən hər şeyin kabus olduğunu əlavə edib.

Prezident Rusiyanın Gürcüstanla bağlı siyasətinin artıq fərqli olduğunu, təbliğat və öz qanununun qəbul edilməsi üçün rəsmilərə təzyiq göstərməklə rusiyalıların Gürcüstana kütləvi köçü kimi vasitələrlə “hibrid müharibə” strategiyasını mənimsədiyini deyib.