20 aprel 2024 10:38
187

Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub

Rusiyanın səkkiz bölgəsinə 50 Pilotsuz Uçuş Aparatı (PUA) ilə hücum həyata keçirilib.

“İki sahil” Ukrayna KİV-inə istinadən xəbər verir ki, hücumda istifadə olunan PUA-ların əksəriyyəti hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Məlumata görə, hücum nəticəsində Smolensk vilayətində 2 elektrik yarımstansiyası və neft emalı zavodu zədələnib.