23 aprel 2024 11:12
238

Yunanıstan klubu UEFA Gənclər Liqasının qalibi olub

Yunanıstanın ”Olimpiakos” klubu UEFA Gənclər Liqasının qalibi olub.

“İki sahil” xəbər verir ki, Pirey təmsilçisi turnirin final görüşündə İtaliyanın “Milan” kollektivini 3:0 hesabı ilə məğlub edib.

Yunanların heyətində Kristos Mouzakitis, Antonios Papakanellos və Teofanis Bakulas fərqləniblər.

Matç İsveçrənin Nyon şəhərindəki “Kolovray” stadionunda baş tutub.