23 aprel 2024 11:56
199

Azərbaycan parlamenti Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib

Azərbaycan parlamenti Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.