23 aprel 2024 17:16
216

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib FOTO

İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində 1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib.

Bu barədə “İki sahil”ə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, doğulan körpənin cinsi kişi, çəkisi 3 000 qr, boyu 49 sm-dir.

Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.