BMT-nin Baş katibi Antoniu Qutterreş 24 aprel - Sülh Naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Günü münasibətilə dünya ölkələrinə çağırış edib.
“İki sahil” xəbər verir ki, o, bu barədə “X”də yazıb.
O bildirib ki, heç bir ölkə bugünkü problemləri təkbaşına həll edə bilməz:
"Biz etimadı bərpa etmək, fikir ayrılıqlarını aradan qaldırmaq və bəşəriyyəti sülh yoluna qaytaramaq üçün qlobal əməkdaşlıq ruhunu diriltməliyik”.