24 aprel 2024 09:47
206

“Yuventus” İtaliya Kubokundakı rekordunu yeniləyib

İtaliyanın “Yuventus” klubu ölkə kuboku tarixindəki rekordunu yeniləyib.

“İki sahil” xəbər verir ki, “qoca sinyora” 22-ci dəfə İtaliya Kubokunun finalına vəsiqə qazanmaqla uğurlu seriyanı davam etdirib.

“Ağ-qaralar” yarımfinalda “Latsio” komandasına iki oyunun nəticəsinə (2:0, 1:2) əsasən qalib gələrək, həlledici mərhələyə yüksəlib.

Qeyd edək ki, bunadək 21 dəfə ölkə kubokunda finala vəsiqə əldə edən Massimiliano Alleqrinin komandası bu oyunların 14-də qələbə sevinci yaşayıb. Turin təmsilçisinin ən yaxın izləyicisi isə “Roma”dır. “Canavarlar” 16 dəfə turnirin finalına yüksəlib.