24 aprel 2024 20:58
235

Ərdoğan: Türkiyə artıq İsraillə aktiv ticarət aparmır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin İsraillə artıq aktiv ticarət əlaqələrinin olmadığını bildirib.

“İki sahil” xəbər verir ki, Türkiyə lideri bunu Ankarada mətbuat konfransı zamanı deyib.

“Bizim İsraillə artıq intensiv ticarət əlaqələrimiz yoxdur, bu məsələ bitib”, - Ərdoğan qeyd edib.

Xatırladaq ki, Türkiyə aprelin 9-da İsrailə malların ixracına məhdudiyyətlər qoyub.