27 aprel 2024 09:56
244

Antonio Konte “Napoli” klubunu çalışdıracaq

İtaliya millisinin sabiq baş məşqçisi Antonio Konte “Napoli” klubu ilə razılığa gəlib.

“İki sahil” “Rai Sport”a istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis Neapol təmsilçisi ilə 3 illik müqavilə bağlayacaq.

Təcrübəli çalışdırıcı həmin müddət ərzində illik 6,5 milyon avro qazanacaq.

Kontenin sonuncu iş yeri İngiltərənin “Tottenhem” klubu olub.

Qeyd edək ki, “Napoli” A Seriyasında 33 turdan sonra 49 xalla 8-ci pillədə qərarlaşıb.