27 aprel 2024 22:31
292

Hacıqabul sakinini gürzə sancıb

Hacıqabul sakinini ilan vurub.

“İki sahil” xəbər verir ki, Hacıqabul rayonunun Udulu kənd sakini, 1993-cü il təvəllüdlü Aytəkin Məmməd qızı İsfaliyevanı gürzə sancıb.

Şirvan Şəhər Xəstəxanasına yerləşdirilən 31 yaşlı qadına ilan zəhəri əleyhinə zərdab vurulub.