28 aprel 2024 00:51
281

HƏMAS Qəzza ilə bağlı İsrailin yeni təkliflərini nəzərdən keçirməyə başlayıb

Fələstinin "HƏMAS" hərəkatı Qəzza zolağında atəşkəsin əldə olunması və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi ilə bağlı İsraildən yeni təkliflər alıb.

“İki sahil” xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri xəbər verib.

HƏMAS-ın Qəzza zolağındakı siyasi qanadının sədr müavini Xəlil əl-Həyya bildirib ki, "HƏMAS" bu təklifləri nəzərsən keçirəcək və baxıldıqdan sonra cavab verəcək.

Bildirilib ki, Xəlil əl-Hayya İsrailin təkliflərində yer alan heç bir detalı qeyd etməyib.