28 aprel 2024 23:01
291

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Almatıda görüşəcək

Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcək.

“İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı deyib.

Dövlət başçısı bildirib ki, delimitasiya prosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiya işlərinin başlanması da müsbət bir addımdır.