28 aprel 2024 23:55
262

Rusiya ordusu Nikopol rayonunu atəşə tutub, evlərə ziyan dəyib

Rusiya ordusu bu gün Dnepropetrovsk vilayətinin Nikopol rayonunu iki dəfə atəşə tutub.

“İki sahil” "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Serxi Lısak “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Rusiya ordusu ağır artilleriyadan istifadə edib.

Lısak qeyd edib ki, hücumlar nəticəsində Nikopolda beş fərdi ev və üç yardımçı tikili zərər görüb.

Regional qubernator yazıb ki, atəş nəticəsində dinc sakinlər xəsarət almayıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”