29 aprel 2024 00:23
266

ABŞ-da tornadolar nəticəsində azı üç nəfər ölüb

ABŞ-ın Oklahoma ştatında tornadolar nəticəsində biri uşaq olmaqla azı üç nəfər ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, ştatda bir neçə güclü tornado qeydə alınıb. Hadisə ilə əlaqədar ştatda fövqəladə vəziyyət elan edilib.