29 aprel 2024 01:01
266

Pakistanın təhlükəsizlik qüvvələri iki terrorçunu zərərsizləşdirib

Pakistanın təhlükəsizlik qüvvələrinin Hayber-Paxtunxva əyalətində keçirdiyi əməliyyat nəticəsində azı iki terrorçu zərərsizləşdirilib.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin ictimaiyyətlə əlaqələr xidməti xəbər yayıb.

Məlumata görə, təhlükəsizlik qüvvələri Dera İsmayıl-Xan dairəsində antiterror əməliyyatı keçirib. Onların hədəfi yaraqlıların sığınacaqlarından biri olub və bu barədə məlumat yerli təhlükəsizlik orqanları tərəfindən verilib.

Toqquşma nəticəsində iki ekstremist məhv edilib. Atışma zamanı hadisə yerindən terrorçuların Pakistan vətəndaşlarına qarşı istifadə etməyi planlaşdırdıqları silah, sursat və əldəqayırma partlayıcı qurğular götürülüb.