29 aprel 2024 11:51
241

Ötən ay 148 min nəfərdən çox insan aylıq müavinət alıb

Bu ilin mart ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 148 min nəfərdən çox olub.

Bu barədə "İki sahil"ə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Onların 29,4 faizini kişilər, 70,6 faizini isə qadınlar təşkil edib.