29 aprel 2024 12:20
242

Yaponiya çip ixracına məhdudiyyət tətbiq edəcək

Çinin Ticarət Nazirliyi Yaponiyanın yarımkeçiricilər ixracına nəzarət tətbiq etmək planlarından narahatlığını bildirib. Pekin yarımkeçirici sənayenin “yüksək dərəcədə qloballaşdığını” və artıq sənaye strukturunu formalaşdırdığını vurğuladı.

“İki sahil” xəbər verir ki, bu haqda RT məlumar yayıb.

“Yaponiya hökumətinin yarımkeçiricilərə və digər sahələrə aid mallara ixrac nəzarəti tətbiq etmək planlarını açıqladığını müşahidə etdik. Çin bundan ciddi şəkildə narahatdır”, - nazirlik bildirib.

Çinin Ticarət Nazirliyi Yaponiya hakimiyyətini qlobal sənaye təchizat zəncirlərinin sabitliyini qorumağa çağırıb.

Keçən iyul ayında Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi yarımkeçiricilər və çiplər istehsal etmək üçün istifadə olunan avadanlıqların ixracına əlavə məhdudiyyətlər tətbiq edib.