29 aprel 2024 12:30
242

Avropa İttifaqından Türkiyəyə 243 milyon avro qrant dəstəyi

Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır bildirib ki, 2021-2027-ci illəri əhatə edən “Horizon Europe” Proqramında 2021-ci ildən bu günə qədər 1107 türkiyəli şirkətlərin iştirak etdiyi 486 layihə vasitəsilə Türkiyəyə 243 milyon avro qrant dəstəyi cəlb edilib.

“İki sahil” xəbər verir ki, Mehmet Fatih Kaçır və Avropa İttifaqı (Aİ) Komissiyasının İnnovasiya, Araşdırma, Mədəniyyət, Təhsil və Gənclik Komissiyasınıın üzvü İliana İvanova Türkiyə - AB, Elm, Araşdırma, Texnologiya və İnnovasiya Yüksək Səviyyəli Dialoqun 2-ci Toplantısında iştirak ediblər.

M.F.Kaçır elm və texnologiya siyasətləri, sənayedə yaşıl və rəqəmsal transformasiya, Aİ fondlarının daha səmərəli istifadəsi, elm və Ar-Ge sahələrində Aİ strukturlarında iştirakla bağlı məsləhətləşmələr apardıqlarını bildirib: “Biz çox tərəfdaşlı layihələrdə koordinator kimi iştirak edən təşkilatların sayını 40-a çatdırmışıq.”