29 aprel 2024 12:25
255

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

“İki sahil” xəbər verir ki, şəhərə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə (153 nəfər) köçürülüb.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Füzuli şəhərinə köçürülən ailələrin ümumi sayı 822-yə (3 132 nəfər) çatacaq.