29 aprel 2024 13:58
351

Qazaxda hərbçinin minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparılır- YENİLƏNİB

Hərbi qulluqçunun mina partlayışı nəticəsində xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə “İki sahil”ə Baş Prokurorluqdan bildirilib.

Qeyd edilib ki, aprelin 29-da Qazax rayonunun Quşçu Ayrım kəndinin əvvəllər Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun ayağından xəsarət alması faktı ilə bağlı Şəmkir hərbi prokurorluğunda araşdırma aparılır.

***

Bu gün Qazax rayonu ərazisində mina partlayışı baş verib, xəsarət alan var.

Bu barədə “İki sahil”ə Qazax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, mina partlayışı nəticəsində xəsarət alan şəxs artıq əməliyyat edilib, onun bir neçə ayaq barmağı amputasiya olunub. Onun durumunun stabil olduğu vurğulanıb.

Minaya düşən şəxsin Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı olduğu ehtimal edilir.