29 aprel 2024 13:11
262

Türkiyə Prezident Administrasiyasında "Əziz şəhər Şuşa" adlı tədbir keçirilib- FOTO

Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə bu ölkənin Prezident Administrasiyasında “Əziz şəhər Şuşa” adlı tədbir keçirilib.

“İki sahil”in məlumatına görə, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Rəşad Məmmədov, “İrs" jurnalının redaktoru Musa Mərcanlı, “Paşa həyat sığorta” şirkətinin rəhbəri Niyaz İsmayılov, Azərbaycan Prezidentinin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimov, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Sultan Raev, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu çıxış ediblər.

Onlar tədbir iştirakçılarına türk dünyasının 2023-cü ildə mədəniyyət paytaxtı olan Şuşa haqqında və Azərbaycanın 44 günlük savaşda qazandığı zəfər haqqında danışıblar.

Tədbirdən sonra “Əziz şəhər Şuşa” kitabının təqdimat mərasimi olub.