29 aprel 2024 13:23
228

Pakistanda mədəndə partlayış baş verib

Pakistanın Xayber Paxtunxva əyalətinin Kurram rayonunda kömür mədənində baş vermiş partlayış nəticəsində azı 4 şaxtaçı yaralanıb, 2 nəfər itkin düşüb.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə “Express Tribune” qəzeti məlumat yayıb.

Bildirilib ki, hadisə aprelin 28-də rayonun mərkəzi hissəsində baş verib. Partlayış nəticəsində 6 nəfər dağıntılar altında qalıb. Hadisənin səbəbi hələ müəyyən edilməyib.

Hadisə yerində xilasetmə əməliyyatı davam edir. Dörd mədən işçisi xilas edilərək yaxınlıqdakı xəstəxanaya çatdırılıb.