29 aprel 2024 22:27
280

Şəhid Tacəddin Quliyevin anım günündə xatirəsi yad edilib

Aprel ayının 27-də Biləsuvar rayonunun Təzəkənd  kəndində I Qarabağ müharibəsi şəhidi Quliyev Tacəddin Allahverdi oğlunun anım günü ilə əlaqədar ata ocaqı ziyarət olundu.

“İki sahil” xəbər verir ki, ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Bəhruz Mirzəzadə və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarətçilər şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətindən və şücaətindən bəhs edərək yaxınlarına baş sağlığı vermişlər.

Məlumat üçün qeyd edək ki,  Azərbaycan Ordusunun əsgəri olmuş  Quliyev Tacəddin Allahverdi oğlu 7 sentybar 1975-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olmuşdur. 1982-1993-cü illərdə Təzəkənd kənd tam orta məktəbində təhsil almış və 8 oktyabr 1993-cü ildə Biləsuvar rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağrılmışdır. Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və 27 aprel 1994-cü ildə Təzəkənd kənd qəbiristanlığında dəfn olunmuşdur.

Allah şəhidlərimizə rəhmət eləsin!